Əsas məzmuna keç

Nümunə məzmun. Proqram, müddət və qiymət təsdiqlənməyib — səhifənin görünüşü üçün yazılıb.

Təlim

Excel

Düsturlardan PivotTable və makrolara qədər — MOS imtahanına hazırlıq daxil.

Bütün təlimlər
Müddət
4 həftə
Dərs sayı
7 video

Təlimdən sonra iştirakçılar:

  • Excel interfeysini, xana ünvanlamasını və fayl idarəetməsini sərbəst istifadə etmək
  • IF, AND, OR və iç-içə məntiqi şərtlərlə mürəkkəb biznes ssenarilərini həll etmək
  • Mətn funksiyaları (LEFT, MID, FIND, TRIM, SUBSTITUTE) ilə səliqəsiz məlumatı təmizləmək
  • VLOOKUP, XLOOKUP, INDEX/MATCH ilə fərqli cədvəllər arasında məlumatı birləşdirmək
  • SUMIFS, COUNTIFS, AVERAGEIFS, MAXIFS kimi çoxşərtli funksiyalarla analiz aparmaq
  • Şərti formatlama, Data Validation və vərəq mühafizəsi qaydalarını tətbiq etmək
  • PivotTable, Slicer və TimeLine ilə interaktiv hesabat panelləri qurmaq
  • Vərəqi çap, paylaşım və təqdimat üçün peşəkar formada hazırlamaq

Kimlər üçündür

Excel-i sıfırdan öyrənmək istəyənlər və mövcud bacarıqlarını peşəkar hesabatlılıq səviyyəsinə çatdırmaq istəyən ofis işçiləri, analitiklər və menecerlər. Proqram rəsmi Microsoft Excel kurrikulumu əsasında qurulub.

Bu təlimə yazıl

Növbəti qrupun tarixini müraciətinizə cavab olaraq yazırıq — adətən bir iş günü ərzində.

Qərarınızı vermisinizsə, qeydiyyatdan keçin — hesabınız təsdiqdən sonra açılır.

Proqram

Mövzular

  1. 01

    Dərs 1 — Excel interfeysi, xana strukturu və ilkin hesablamalar

    • Excel interfeysi ilə tanışlıq, əsas menyular və alətlər paneli
    • İş kitablarının açılması, bağlanması və yenilərinin yaradılması
    • Workbook pəncərələri və Worksheet anlayışı, vərəqlərin idarə edilməsi
    • İş kitablarının fərqli fayl formatlarında saxlanılması
    • Sətir və sütun əməliyyatları, ölçülərin dəyişdirilməsi
    • Xanaların seçilməsi, redaktəsi və yerdəyişməsi
    • Cell Referencing — xanaların ünvanlanması
    • Home menyusu ilə formatlama və düzləndirmə
    • Sadə riyazi əməliyyatlar və qarşılaşılan xəta növləri
    • Məntiqi funksiyalar: sadə IF, AND və OR ilə birgə istifadə
  2. 02

    Dərs 2 — Xüsusi yapışdırma, mətn funksiyaları və iç-içə məntiqlər

    • Copy və Paste Special əmrlərinin analizi
    • Rəqəmlərin formatlanması: faiz, maliyyə, valyuta, mətn
    • İç-içə yazılmış mürəkkəb şərtlər (Nested IF)
    • IF funksiyasının AND və OR ilə çoxşərtli ssenarilərdə tətbiqi
    • Mətn funksiyaları: mətnlərin birləşdirilməsi və təmizlənməsi
  3. 03

    Dərs 3 — Şərti formatlama, filtrasiya və mətn manipulyasiyası

    • Təkrarlanan, ən böyük/ən kiçik və top elementlərin tapılması
    • Şərti formatlamanın fərdi qaydalarla (Custom rules) tətbiqi
    • Data bars, Color scale və Icon sets ilə vizuallaşdırma
    • Tətbiq edilmiş bütün qaydaların idarə edilməsi (Manage rules)
    • Dataların süzülməsi (Filtering) və sıralanması (Sorting)
    • Sadə cədvəllər ilə Format as Tables arasındakı fərqlər
    • Mətn dəyişdirmə: REPLACE, SUBSTITUTE
    • Mətndən hissələrin qoparılması: LEFT, RIGHT, MID, LEN, FIND, SEARCH
    • Mətn yoxlaması və təmizləmə: EXACT, VALUE, LOWER, UPPER, PROPER, TEXT, TRIM, CLEAN
  4. 04

    Dərs 4 — Mənbələrlə iş, riyazi və zaman funksiyaları

    • Nisbi və mütləq ünvanlama, F4 ilə sabitləmə
    • Find and Replace, Go To Special ilə xüsusi xanaların seçilməsi
    • Cells paneli: Insert, Delete, Format əmrləri
    • Flash Fill və Fill Series ilə avtomatik doldurma
    • Riyazi funksiyalar: SUM, SUMIFS
    • Tarix və zaman funksiyaları: TIME, HOUR, MINUTE, SECOND
  5. 05

    Dərs 5 — Səhifə düzəni, çap parametrləri və workbook mühafizəsi

    • Page Layout: vərəqin dizayn və çap üçün düzləndirilməsi
    • Scale to Fit ilə məlumatların vərəqə yerləşdirilməsi
    • Sheet Options: tor xətləri və başlıqların görünüş/çap seçimləri
    • Fərdi və xüsusi çap sahələrinin təyin olunması
    • Review & View menyusu, şərhlərin əlavə edilməsi
    • İş kitabının və vərəqlərin qorunması, şifrələnməsi
    • Böyük datalarda başlıqların dondurulması (Freeze Rows and Columns)
    • Workbook views və yeni pəncərələrin idarə edilməsi
  6. 06

    Dərs 6 — Axtarış funksiyaları, data doğrulama və statistik analiz

    • Axtarış operatorları: VLOOKUP, HLOOKUP, INDEX, MATCH, XLOOKUP
    • INDEX və MATCH kombinasiyası ilə dinamik axtarışlar
    • Sətir və sütunların qruplaşdırılması: Group, Ungroup
    • Remove Duplicates və Text to Columns ilə məlumatın təmizlənməsi
    • Data Validation və drop-down list qurulması
    • Statistik funksiyalar ilə dataların analizi
  7. 07

    Dərs 7 — Çoxşərtli statistika, PivotTable və vizual hesabat panelləri

    • Çoxşərtli statistika: AVERAGEIFS, COUNTIFS, MAXIFS, MINIFS
    • Insert menyusu: şəkil, fiqur, keçid, obyekt və simvolların əlavəsi
    • PivotTable ilə çarpaz (cross-tab) hesabatların qurulması
    • Design menyusu ilə Pivot hesabatlarının vizual tərtibatı
    • Format as Table ilə məlumatın Pivot cədvələ dinamik inteqrasiyası
    • Slicer və TimeLine ilə interaktiv filtrləmə
    • PivotTable Fields paneli, Pivot daxilində Group və Ungroup
    • Pivot Table hesablamaları və hesabatların analizi