Haqqımızda
Data Fabric təlim platforması
Data Fabric 2026-cı ildə yaradılmış, müasir texnologiyalar, analitika və süni intellekt üzrə praktiki və beynəlxalq sertifikat əsaslı təlimlər təşkil edən platformadır. Məqsədimiz yalnız proqramları öyrətmək deyil, iştirakçıların real iş mühitində istifadə edə biləcəyi praktiki bacarıqlar formalaşdırmaq və beynəlxalq sertifikat imtahanlarına hazırlamaqdır. Platformamızda Excel, Microsoft Office, SQL, Power BI, Python və Microsoft Copilot istiqamətləri üzrə təlimlər keçirilir. Təlim proqramlarımız beynəlxalq sertifikatların tələbləri və real iş dünyasının ehtiyacları nəzərə alınaraq hazırlanır. Tədrislərimiz peşəkar və öz sahəsində ixtisaslaşmış təlimçilər tərəfindən həyata keçirilir. Təlimlərimizin əsas fərqlərindən biri süni intellekt əsaslı öyrənmə yanaşmasıdır. Süni intellektdən istifadə edərək mövzuları daha sürətli mənimsəməyi, praktiki tapşırıqları həll etməyi, məlumatları analiz etməyi və real iş situasiyalarına uyğun bacarıqlar qazanmağı öyrənirsiniz. Öyrəndiklərinizi yoxlamaq üçün platformamızda real imtahan formatına uyğun simulyasiyalar və praktiki tapşırıqlar təqdim olunur. Data Fabric olaraq Azərbaycanda ilk dəfə real imtahan simulyasiyalarını təlim prosesinə tətbiq edirik. Bu yanaşma iştirakçılara həm biliklərini sınamağa, həm də beynəlxalq sertifikat imtahanına daha inamlı hazırlaşmağa imkan verir. Data Fabric-də məqsədimiz sadəcə sertifikat əldə etdirmək deyil — sertifikatın arxasında real və tətbiq edilə bilən bacarıq yaratmaqdır.
Necə işləyir
Öyrənirsiniz
Mövzu üzrə video dərslər. İstədiyiniz vaxt, istədiyiniz qədər təkrar.
Məşq edirsiniz
Tapşırıqları proqramın öz pəncərəsində yerinə yetirirsiniz — test yox, əsl iş.
Təlimçi baxır
İşinizi təlimçi açıb olduğu kimi oxuyur və rəyini bildirir.