Əsas məzmuna keç

Suallar

Tez-tez verilən suallar

Ən çox soruşulanları bir yerə topladıq. Cavabını tapmadığınız sual varsa, yazın — cavablayaq.

  • Təlim onlayndır, yoxsa hansısa məkana gəlmək lazımdır?

    Təlim tam onlayndır. Dərslər video formatındadır — istənilən vaxt, istənilən yerdən, telefondan da izləyə bilərsiniz. Heç bir məkana gəlmək lazım deyil.

  • Dərsləri neçə dəfə izləmək olar?

    Məhdudiyyət yoxdur. Hesabınız aktiv olduğu müddətdə istənilən dərsi istədiyiniz qədər təkrar izləyə bilərsiniz.

  • İmtahan niyə ayrıca proqramda keçirilir?

    İmtahan tapşırıqları bizim hazırladığımız materialdır və yayılmamalıdır. Brauzer bunu qoruya bilmir, ona görə imtahan Data Fabric İmtahan tətbiqində keçirilir: tətbiq işləyərkən əməliyyat sistemi həmin pəncərəni ekran şəkli və ekran yazısı proqramlarına vermir.

  • İmtahan tətbiqi kompüterimə nəyisə edirmi?

    Xeyr. Tətbiq ekranınızı yazmır, kameranı və mikrofonu açmır, fayllarınıza baxmır. Yalnız imtahan qaydasının pozulduğunu göstərən hadisələri — məsələn imtahan pəncərəsindən çıxmaq cəhdini — qeyd edir və təlimçi onları görür.

  • İmtahanı telefondan vermək olar?

    Xeyr. İmtahan üçün Windows 10 (2004 və yuxarı) və ya macOS 11 və yuxarı kompüter lazımdır. Dərs videoları isə telefonda da açılır.

  • İmtahanı neçə dəfə vermək olar?

    Təkrar cəhdə icazə verilir — imtahanı yenidən başlada bilərsiniz. Yarımçıq qalmış cəhdin vaxtı bitibsə, həmin cəhd bağlanır və yenisi açılır.

  • İmtahanı test kimi cavablandırırıq?

    Xeyr. Tapşırıqları proqramın öz pəncərəsində yerinə yetirirsiniz: faylı açır, düsturu özünüz yazır, cədvəli özünüz qurursunuz. Variant seçmək yoxdur.

  • Nəticəni kim qiymətləndirir?

    Tapşırıqların bir hissəsi avtomatik yoxlanılır, qalanını təlimçi işinizi açıb olduğu kimi oxuyaraq qiymətləndirir və rəyini yazır.

  • Qeydiyyatdan sonra niyə dərhal dərslərə baxa bilmirəm?

    Hesabınız təlimçi təsdiqlədikdən sonra açılır. Qeydiyyatda e-poçtunuza təsdiq kodu göndərilir; hesab aktivləşdiriləndə isə ayrıca bildiriş gəlir.

  • Şifrəmi unutmuşam, nə etməliyəm?

    Giriş səhifəsindəki “Şifrəni unutmusunuz?” linkinə keçin — e-poçtunuza bərpa linki göndərilir.

  • Verilən sertifikat Microsoft-un rəsmi sertifikatıdırmı?

    Xeyr. Təlimi tamamlayana Data Fabric sertifikatı verilir və bu, təlimi bitirdiyinizi təsdiq edir. Rəsmi Microsoft Office Specialist sertifikatı Microsoft-un akkreditə etdiyi imtahan mərkəzində ayrıca verilir — biz məhz həmin imtahana hazırlayırıq.

  • Sertifikatı necə alıram?

    Sertifikat hesabınızda saxlanılır. İstənilən vaxt açıb PDF kimi yükləyə, çap edə və ya işəgötürənə göndərə bilərsiniz — itirmək mümkün deyil.

  • Təlimin qiyməti nə qədərdir?

    Qiymət seçdiyiniz istiqamətdən asılıdır. Dəqiq məbləğ və ödəniş şərtləri üçün bizə yazın: +994 50 711 00 21 və ya support@datafabric.az.

  • Dərs videolarını yükləyib saxlaya bilərəmmi?

    Xeyr. Videolar yalnız platformada oxunur — yükləmək və paylaşmaq istifadə şərtlərinə ziddir. Bunun əvəzinə hesabınız aktiv olduğu müddətdə istənilən vaxt təkrar izləyə bilərsiniz.

  • Ödənişi necə edirəm?

    Qeydiyyatdan sonra təlimçi sizinlə əlaqə saxlayır və ödəniş şərtlərini razılaşdırır. Sayt üzərindən kart məlumatı istənilmir.

  • İstədiyim vaxt dayandıra bilərəmmi?

    Bəli. Ödəniş aylıqdır; növbəti ay üçün ödəniş etməsəniz hesab sadəcə passiv vəziyyətə keçir.

  • Sertifikat qiymətə daxildir?

    Bəli. Təlimi tamamlayana sertifikat əlavə ödəniş olmadan verilir.

  • Korporativ qrupda neçə nəfər olmalıdır?

    Ən azı beş nəfər. Proqram şirkətin öz fayl nümunələri əsasında uyğunlaşdırılır.

Sualınıza cavab tapmadınız?

Yazın — ən qısa zamanda cavab verək.